Sindbad le Marin

Nadir kitablar fondu

Sindbad le Marin

Sindbad le Marin
“Sindbad le Marin” (Dənizçi Sinbad) — “Min bir gecə” silsiləsinə daxil olan ərəb nağılının zəngin tərtibatla nəşr olunmuş fransız versiyasıdır. Kitab Parisdə fransız dilində nəşr edilmişdir. Rəssam Moris Rey tərəfindən işlənmiş 55 qravür ilə illüstrasiya olunmuş bu nəşrdə, əfsanəvi dənizçi Sindbadın müxtəlif dövrlərdə oxucuların marağına səbəb olan sərgüzəştləri əks olunub. Qızılı ştamplarla və bitki ornamentləri ilə işlənmiş qırmızı cild, kitabın şərq mövzusunda olduğunu vurğulayır və onu XIX əsrin sonları – XX əsrin əvvəllərinə aid fransız kitab nəşri sənətinin parlaq nümunəsinə çevirir. Kitabda klassik şərq hekayəsi Avropa üslubunda təqdim olunub və o, nadir illüstrasiyalı nəşrlərdən biri kimi dəyərli sayılır.