Gedichte

Nadir kitablar

Gedichte

[ Anna Ritter :: 1904 ]
Gedichte
“Gedichte” (“Şeirlər”) adlı bu toplu, alman şairəsi Anna Ritterin 1904-cü ildə Ştutqart və Berlində alman dilində nəşr olunmuş, poetik dövrlərə bölünmüş və diqqətlə seçilmiş lirika nümunələrini əhatə edir. Anna Ritter XIX əsrin sonu və XX əsrin əvvəllərində alman lirikasının ən parlaq nümayəndələrindən biri olmuşdur. Onun poeziyası poetik ahəngi, zərif üslubu və incə romantizmi ilə seçilirdi. Son romantizm dövrünə məxsus sevgi, təbiət, həsrət və ümid mövzuları Anna Ritterin poeziyasında aparıcı xətt kimi çıxış edir. Xəyalpərəst hüznlə incə ironiya, sevgi ilə tənhalıq arasında dolaşan misralar, oxucunu zəngin duyğular aləminə aparır. Poetik silsilələr müəllifin daxili dünyasını açır, səmimiyyəti və bədii ifadə gücü ilə oxucunun qəlbinə toxunur. Anna Ritter əsrlərin qovşağında yaşamış tanınmış şairlərdən biridir. Onun obrazlı və ahəngdar şeirləri bu gün də öz aktuallığını itirməyib. Bu xəttatlıq cəhətdən unikal nəşr kitabxanamızın Nadir fondunda saxlanılır.