Tausend-Bilder-Bibel : Die heilige Schrift: Alten und neuen Testaments
“İncilin min təsviri: Əhdi-Ətiq (Əski Əhd) və Əhdi-Cədid (Yeni Əhd) Müqəddəs yazıları” — Riqada nəşr olunmuş, mənəvi dəyəri və bədii möhtəşəmliyi birləşdirən bir nəşrdir. Martin Lüter tərəfindən alman dilinə tərcümə edilən Müqəddəs Kitabda yüksək ustalıqla işlənmiş həm ağ-qara, həm də rəngli çoxsaylı illüstrasiyalar var. Rəssamların hər bir vərəqin tərtibatındakı diqqətli işi, bu Müqəddəs Kitabı yüksək səviyyəli nəşrlərin dəyərini bilənlər üçün əsl xəzinəyə çevirir. Beş rəngli illüstrasiya və bədii şəkillər Müqəddəs Kitab mətnini canlandırır. Bu əsər haqlı olaraq dini biliklərin mühüm mənbəyi olmaqla yanaşı, həm də həqiqi bir incəsənət əsəridir. Nəşrin özəlliyi kitabın üç kənarının (yuxarı, sağ və sol) qızıl rəngdə və xüsusi üsullarla işlənməsidir, bu da kitaba zərif bir görünüş verir. Bu İncil möhtəşəm bədii tərtibatı və dərin mənəvi məzmunu ilə kitabxanamızın Nadir ədəbiyyat fondunu bəzəyir. “İncilin min təsviri” sadəcə kitab deyil, mənəvi və bədii ənənənin abidəsidir.