“Le Diamant Vert” (Yaşıl almaz) — fransız yazıçısı Anri Demarenin (Henri Desmarest) Parisdə XIX əsrin ikinci yarısında fransız dilində nəşr olunmuş, zərif bəzədilmiş və macəra janrında yazılmış romanıdır. Bu, sirrlərlə, gözlənilməz hadisələrlə dolu həyəcanlı bir hekayədir. Məşhur fransız rəssamı A. Qrobenin illüstrasiyaları süjeti tamamlayır və dövrün ruhunu çatdırır. Kitab öz dövrünün nəşrlərinə xas olan qızılı ştamplarla bəzədilmiş üz qabığı ilə seçilir. Bu gün kitab kitabxanamızın Nadir ədəbiyyat fonduna daxil olan tarixi və mədəni dəyərə malik nəşrlərdən biridir.