Les Expédients de Farandole

Nadir kitablar fondu

Les Expédients de Farandole

[ Pierre Perrault :: 1910 ]
Les Expédients de Farandole
1910-cu ildə Parisdə nəşr olunmuş nadir fransız dilində kitabdır. Pyer Perronun “Les Expédients de Farandole” (“Farandolun hiylələri”) əsəri cəsur, ağıllı və bir az da şıltaq qəhrəman Farandolun maraqlı macəralarından bəhs edir. O, yaradıcı fikir və yumorla müxtəlif çətinlikləri dəf edir. Pol təxəllüsü ilə tanınan fransız yazıçısı Sofi Viktorina Fornel (1842–1929) əsərlərini Pyer Perro adı ilə nəşr edib. Kitabın səhifələrində oxucuya elə situasiyalar təqdim olunur ki, burada dostluq, yaradıcılıq və əzmkarlıq qəhrəmana ən gözlənilməz vəziyyətlərdən belə çıxış yolu tapmağa kömək edir. Yumorlu və axıcı üslub, zərif illüstrasiyalarla birlikdə kitabı həm oxunaqlı, həm də vizual baxımdan cəlbedici edir. Bu kitab maraqlı süjeti ilə oxucunu cəlb etməklə yanaşı, onu mənəvi dəyərlər — qarşılıqlı yardım, səmimiyyət və dürüstlüklə də tanış edir.