Uilyam Vordsvortun “Poems” (Şeirlər toplusu) kitabı XIX əsrin sonu – XX əsrin əvvəllərində ingilis dilində nəşr olunmuşdur. Məşhur ədəbiyyatşünas Endryu Ceyms Sayminqtonun (Andrew James Symington) tərtibçisi və ön söz müəllifi olduğu, seçilmiş şeirlərdən ibarət incəliklə hazırlanmış bir topludur. Kitab oxucunu XVIII əsrin sonu – XIX əsrin əvvəli ingilis ədəbiyyatının inkişafına böyük təsir göstərmiş müəllifin ən yaxşı poeziya nümunələri ilə tanış edir. Onun poeziyası səmimiyyət, fəlsəfi dərinlik və incə lirik ifadə ilə seçilir, insan ilə ətraf aləm arasındakı harmoniyanı açır. Topluda yer alan əsərlər şairin yaradıcılığının əsas motivlərini və bədii xüsusiyyətlərini əks etdirir. Qızılı basma naxışlı zərif bədii cildi kitabın klassik ədəbi nəşr statusunu vurğulayır. Kitab filoloqlar, tələbələr, ingilis ədəbiyyatı tədqiqatçıları və poeziya həvəskarları üçün böyük əhəmiyyət kəsb edir.