Elizabeth and Her German Garden

Nadir kitablar fondu

Elizabeth and Her German Garden [Elizabeth von Arnim]

Elizabeth and Her German Garden
XX əsrin əvvəllərində ingilisdilli nəsrin incə və nəfis nümunələrindən biri sayılan “Elizabeth and Her German Garden” (“Elizabet və onun alman bağı”) avtobioqrafik romanı 1906-cı ildə Nyu-York və Londonda ingilis dilində nəşr olunmuşdur. Əsər qadının özünü dərk etməsi, mənəvi azadlığa can atması və təbiət qoynunda — güllər və yaşıllıqlar içində tənhalığa olan sevgi kimi mövzuları ehtiva edən incə, ironiyalı və təbiət lirizmi ilə zəngin bir hekayədir. Təxəllüs arxasında gizlənən müəllif Elizabeth von Arnim (Elizabet fon Arnim), Şimali Almaniyada öz bağına qulluq etməklə rahatlıq tapan qadının daxili aləmini xüsusi yumor və incəliklə açır. Kitab zərif tərtibatda, rəngli illüstrasiyalarla nəşr olunmuşdur.