XVII əsr ingilis yazıçısı, diplomatı və dövlət xadimi Vilyam Templin “Oçerklər” (“Essays”) nəşri XX əsrin əvvəllərində Londonda, ingilis dilində işıq üzü görmüşdür. Nəşr üçün seçilmiş əsərlər ingilis müəllifi və redaktoru Con Arnold Niklin tərəfindən hazırlanmış və onun müqəddimə məqaləsi ilə tamamlanmışdır. Topluya Vilyam Templin ədəbiyyat, tarix, mədəniyyət, siyasət və ictimai həyata həsr olunmuş oçerkləri daxil edilmişdir. Bu əsərlər müəllifin baxışlarını əks etdirir və XVII əsr İngiltərəsinin ictimai və ədəbi fikir xüsusiyyətləri ilə tanış edir. Sözügedən nəşr klassik ingilis nəsri və Vilyam Templin ədəbi irsinin bir nümunəsi kimi böyük maraq kəsb edir.