Frauen – Liebe und Leben. Lieder-Cyclus

Nadir kitablar

Frauen – Liebe und Leben. Lieder-Cyclus

[ Adelbert von Chamisso ]
Frauen – Liebe und Leben. Lieder-Cyclus
“Frauen – Liebe und Leben. Lieder-Cyclus” (Qadınlar – Sevgi və Həyat. Mahnılar silsiləsi) — Almaniyanın ən böyük romantik şairlərindən biri olan Adelbert fon Şamissoya (Adelbert von Chamisso) məxsus poetik silsilənin zəngin təsvirlərlə bəzədilmiş alman dilində nəşrdir. Topluya qadın sevgisi mövzusunu səmimi duyğular, daxili təlatümlər və incə lirika ilə üzə çıxaran şeirlər daxildir. “Qadınlar – Sevgi və Həyat” silsiləsi bəstəkar Robert Şumanın musiqi interpretasiyası sayəsində şöhrət qazanmış və alman musiqi və ədəbi irsinin dəyərli incilərindən birinə çevrilmişdir. Nəşr zərif illüstrasiyalarla bəzədilmiş, qızılı naxışlarla və şərq ornamentləri ilə işlənmiş cilddə təqdim olunur ki, bu da kitabın bədii və kolleksiya dəyərini artırır.