Das Künstlerbuch. Arnold Böcklin
[ Franz Hermann Meissner :: 1901 ]
XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış alman yazıçısı və sənətşünası Frans Hermann Maysnerin “Das Künstlerbuch. Arnold Böcklin” (“Rəssamın kitabı. Arnold Böklin”) adlı nəşri 1901-ci ildə Berlin və Leypsiqdə, alman dilində işıq üzü görmüşdür. Kitab Avropa rəngkarlığında simvolizmin ən görkəmli nümayəndələrindən biri, XIX əsrin tanınmış İsveçrə rəssamı Arnold Böklinin həyat və yaradıcılığına həsr olunmuşdur. Müəllif oxucunu rəssamın tərcümeyi-halı, yaradıcılıq yolunun xüsusiyyətləri və bədii irsi ilə tanış edir, onun əsərlərinin səciyyəvi cəhətlərinə və ustanın öz dövrünün sənətindəki yerinə diqqət yetirir. Nəşr XX əsrin əvvəllərinə aid, Arnold Böklinin həyat və yaradıcılığından bəhs edən sənətşünaslıq ədəbiyyatının örnəyi kimi böyük maraq doğurur.