“The Poetical Works” (“Poetik əsərlər”) görkəmli ingilis romantik şairi Con Kitsin poetik irsinin ən dolğun akademik nəşrlərindən biridir. Kitab 1908-ci ildə London, Nyu-York və Torontoda ingilis dilində nəşr edilmişdir. Topluya müəllifin məşhur odaları, sonetləri, poemaları və digər poetik əsərləri daxil edilmişdir. Dərin fəlsəfi məzmunu, zəngin bədii obrazları və poetik dilinin ahəngdarlığı ilə seçilən bu nəşr ingilis ədəbiyyatının və XIX əsrin görkəmli şairlərindən birinin yaradıcılığının öyrənilməsi üçün qiymətli mənbə hesab olunur.