Великая реформа: русское общество и крестьянский вопрос в прошлом и настоящем

Nadir kitablar fondu

Великая реформа: русское общество и крестьянский вопрос в прошлом и настоящем

Великая реформа: русское общество и крестьянский вопрос в прошлом и настоящем
Kəndli islahatının əlli illiyi şərəfinə 1910-1911-ci illərdə nəşr edilmiş altı cildlik “Böyük İslahat” ensiklopedik nəşri Rusiya tarixində əsas hadisələrdən birini - təhkimçilik hüququnun ləğvini işıqlandıran unikal əsərdir. Tarix komissiyasının redaktorluğu ilə və ölkənin müxtəlif şəhərlərindən 60-dan çox alim, yazıçı və jurnalistin iştirakı ilə hazırlanan kitab yalnız islahatın hazırlanması və keçirilməsi prosesini deyil, həm də onun kəndli təbəqəsi, cəmiyyət və mədəniyyət üçün dərin nəticələrini açıq şəkildə təqdim edir. Nəşrdə kəndli həyatına, təsərrüfatına, müxtəlif quberniyaların etnoloqrafik xüsusiyyətlərinə, habelə təhkimçiliyin incəsənətə və ədəbiyyata təsirinə xüsusi diqqət yetirilir. Kitablar Moskvadakı Tarix muzeyi, Tretyakov qalereyası, Rumyantsev muzeyi kimi böyük muzeylərin, kitabxanaların, rəsm qalereyalarının kolleksiyalarından, eləcə də şəxsi kolleksiyalardan olan qravüra, portret, rəngli reproduksiya və rəsm əsərlərinin fotoşəkilləri ilə zənginləşdirilmişdir. Nəşrdə ayrı-ayrı vərəqlərdə 148 illüstrasiya və mətn daxilində çoxsaylı reproduksiyalar yerləşdirilib. Nəşr çoxsaylı hüquqi sənədlər, qanunvericilik aktları və materialları ehtiva edir ki, bu da onu dövrün öyrənilməsi üçün dəyərli bir mənbə edir. Möhtəşəm tərtibatı və məzmununun dərinliyi bu altıcildliyi öz dövrünün mühüm tarixi və mədəni abidəsinə çevirir.