“Napoléon et son temps. L’Empire” (“Napoleon və onun dövrü. İmperiya”) adlı bu fundamental tədqiqat əsəri XIX əsrin sonlarında fransız tarixçisi Roje Peyra (Roger Peyre) tərəfindən qələmə alınmışdır. Əsər Napoleon Bonapart dövrünün hərtərəfli təhlilinə həsr olunmuş və orijinal arxiv sənədləri, sənət nümunələri və nadir vizual materiallar əsasında yazılmışdır. 333 ədəd qravürlə müşayiət olunan bu nəşr təkcə dövrün hərbi-siyasi hadisələrini deyil, həm də mədəni irsi və islahatları əks etdirir. Qızılı işləmələrlə və Fransa imperiyasının rəmzləri ilə bəzədilmiş cild, eləcə də yüksək poliqrafik keyfiyyət bu nəşri nəinki tarix üçün qiymətli mənbə, həm də çap sənətinin nadir nümunəsi edir.