Xəbərlər

Prezident Kitabxanasına “ Qardaşlıq və müttəfiqliyin zirvəsi ” adlı kitab-albom hədiyyə olunub

Prezident Kitabxanasına “ Qardaşlıq və müttəfiqliyin zirvəsi ” adlı kitab-albom hədiyyə olunub

Prezident Kitabxanasına “ Qardaşlıq və müttəfiqliyin zirvəsi ” adlı kitab-albom hədiyyə olunub

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin müəllifi olduğu yeni nəşr olunmuş “Qardaşlıq və müttəfiqliyin zirvəsi” kitab-albomu Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Prezident Kitabxanasına hədiyyə edilib.

Nəşrdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış qardaşlıq münasibətlərinin dövlətlərarası əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəlməsinə verdiyi töhfələr və iki ölkə arasında dini-mənəvi əlaqələrin inkişafı öz əksini tapıb. Kitab-albomda, həmçinin şeyxülislam Allahşükür Paşazadənin müxtəlif illərdə Azərbaycanda və Özbəkistanda keçirilən tədbirlərdə etdiyi çıxışlar, məruzələr, məktublar, konfrans materialları və mövzu ilə bağlı fotoşəkillər toplanıb.

“Qardaşlıq və müttəfiqliyin zirvəsi” kitab-albomu Azərbaycan ilə Özbəkistan arasında qardaşlıq və müttəfiqlik münasibətlərini, eləcə də dini-mənəvi əlaqələrin inkişafını əks etdirən dəyərli nəşrdir. Kitabda təqdim olunan materiallar Azərbaycan–Özbəkistan münasibətlərinin siyasi, dini və mənəvi aspektlərini öyrənən tədqiqatçılar, tarixçilər, beynəlxalq münasibətlər üzrə mütəxəssislər, eləcə də mövzu ilə maraqlanan geniş oxucu auditoriyası üçün istinad və informasiya mənbəyi kimi əhəmiyyət kəsb edir.

Prezident Kitabxanası fondunun zənginləşdirilməsinə verdiyi töhfəyə görə Qafqaz Müsəlmanları İdarəsinə təşəkkürünü bildirir.

Kitab haqqında
Qardaşlıq və müttəfiqliyin zirvəsi

Qardaşlıq və müttəfiqliyin zirvəsi

Paşazadə, Şeyxülislam Allahşükür. Qardaşlıq və müttəfiqliyin zirvəsi / Ş.A. Paşazadə.- Bakı: Azərbaycan nəşriyyatı MMC, 2026.- 216 s.