Xəbərlər

Prezident Kitabxanasında “Seyid Əzim Şirvani – 190” adlı virtual kitab sərgisi təqdim edilib

Prezident Kitabxanasında “Seyid Əzim Şirvani – 190” adlı virtual kitab sərgisi təqdim edilib

Prezident Kitabxanasında “Seyid Əzim Şirvani – 190” adlı virtual kitab sərgisi təqdim edilib

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, klassik poeziyamızın tanınmış siması Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi münasibətilə Prezident Kitabxanası tərəfindən “Seyid Əzim Şirvani – 190” adlı virtual kitab sərgisi hazırlanıb.

Sərgi, Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli Sərəncamına uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsində hazırlanıb. Sərəncamda Seyid Əzim Şirvaninin klassik ədəbiyyatın inkişafında və maarifçilik ideyalarının yayılmasında mühüm rolu qeyd olunur, onun zəngin ədəbi irsinin öyrənilməsi və təbliğinin əhəmiyyəti xüsusi vurğulanır.

Virtual sərgidə şairin seçilmiş əsərləri, qəzəlləri, təmsilləri, mənzum nəsihətləri və digər poetik nümunələri təqdim olunur. Eyni zamanda, Seyid Əzim Şirvaninin ədəbi və maarifçi fəaliyyətinə dair müxtəlif nəşrlər də sərgidə yer alır. Bu materiallar Seyid Əzim Şirvaninin ədəbi dili, sosial düşüncələri və dövrün ictimai həyatına münasibəti haqqında ümumi təsəvvür formalaşdırmağa imkan verir.

Sərgi Seyid Əzim Şirvaninin yaradıcılığını öyrənmək istəyənlər üçün faydalı imkan yaradır. Burada həm şairin ədəbi irsi ilə yaxından tanış olmaq, həm də bu sahədə aparılmış tədqiqatları ümumi şəkildə izləmək mümkündür. Prezident Kitabxanasının bu təşəbbüsü, klassik ədəbiyyatın təqdimatı və tədqiqi baxımından həm tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün etibarlı bilik mənbəyi rolunu oynayır.

Virtual sərgi
Seyid Əzim Şirvani - 190

Seyid Əzim Şirvani - 190

Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində…