Xəbərlər

Prezident Kitabxanasında “Azərbaycan qadını zamanın aynasında” adlı virtual kitab sərgisi hazırlanıb

Prezident Kitabxanasında “Azərbaycan qadını zamanın aynasında” adlı virtual kitab sərgisi hazırlanıb

Prezident Kitabxanasında “Azərbaycan qadını zamanın aynasında” adlı virtual kitab sərgisi hazırlanıb

Prezident Kitabxanasında “Azərbaycan qadını zamanın aynasında” adlı virtual kitab sərgisi oxucuların istifadəsinə verilib. Sərgi Azərbaycan qadınının tarixi inkişaf yolunu, ictimai-siyasi və mədəni həyatda oynadığı rolu əks etdirən zəngin ədəbiyyatı sistemli şəkildə təqdim edərək mövzunun bütün əsas istiqamətlərini əhatə edir.

Ekspozisiyada müxtəlif dövrləri əhatə edən monoqrafiyalar, elmi-tədqiqat əsərləri, bioqrafik kitablar, xatirələr, publisistik yazılar və bədii ədəbiyyat nümunələri yer alır. Sərgidə təqdim olunan nəşrlər Azərbaycan qadınının ailə institutundakı mövqeyini, xeyriyyəçilik ənənələrini, ictimai təşəbbüslərini və maarifçilik fəaliyyətini, həmçinin dövlət quruculuğu və mədəni diplomatiya sahələrinə verdiyi töhfələri işıqlandırır.

Sərgidə XX əsrin əvvəllərində qadın hərəkatının formalaşması, qadınların təhsil hüququ qazanması və ictimai fəallığının artması ilə bağlı ədəbiyyata xüsusi yer ayrılıb. Bununla yanaşı, müasir mərhələdə elm, səhiyyə, təhsil və mədəniyyət sahələrində uğur qazanmış Azərbaycan qadınlarının fəaliyyətini əks etdirən nəşrlər də təqdim edilir.

“Azərbaycan qadını zamanın aynasında” virtual kitab sərgisi geniş oxucu auditoriyası üçün maarifləndirici və tədqiqat baxımından əhəmiyyətli resurs kimi çıxış edir. Sərgi Azərbaycan qadınlarının milli-mənəvi dəyərlərin qorunması, ictimai düşüncənin formalaşması və intellektual mühitin inkişafındakı rolunu ardıcıl və dolğun şəkildə təqdim etməklə tarixi yaddaşın möhkəmlənməsinə və gənc nəslin məlumatlılığının artırılmasına xidmət edir.

Virtual sərgi
Azərbaycan qadını zamanın aynasında

Azərbaycan qadını zamanın aynasında

"Azərbaycan qadını zamanın aynasında" adlı virtual kitab sərgisi Azərbaycan qadınının tarixi inkişaf yolunu, ictimai-siyasi və mədəni həyatdakı rolunu əks etdirən nəşrləri bir araya gətirir. Sərginin məqsədi qadınlarımızın milli-mənəvi dəyərlərin qorunması,…