Xəbərlər

Dövlət Statistika Komitəsi Prezident Kitabxanasına kitablar hədiyyə edib

Dövlət Statistika Komitəsi Prezident Kitabxanasına kitablar hədiyyə edib

Dövlət Statistika Komitəsi Prezident Kitabxanasına kitablar hədiyyə edib

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Prezident Kitabxanasına 4 adda 8 nüsxə kitab hədiyyə olunub.

“Azərbaycan rəqəmlərdə (2026)”, “Azərbaycan – faktlar və rəqəmlər (2026)”, “Azərbaycanda ödənişli xidmətlər (2026)” və “Azərbaycanda qiymətlər (2026)” adlı statistik məcmuələr Azərbaycan və ingilis dillərində nəşr olunub.

Həmin nəşrlər Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını və ölkədə müxtəlif sahələr üzrə baş verən prosesləri statistik göstəricilər əsasında əks etdirir. Kitablarda ölkənin əsas sosial-iqtisadi göstəriciləri, əhali və təsərrüfat fəaliyyəti, ödənişli xidmətlər, qiymətlərin dəyişməsi, eləcə də Azərbaycan haqqında mühüm fakt və rəqəmlər sistemləşdirilmiş şəkildə təqdim olunur.

Müvafiq statistik məlumatları özündə əks etdirən bu nəşrlər ölkənin sosial-iqtisadi inkişafının müxtəlif istiqamətləri barədə dolğun təsəvvür yaradır.

Dövlət Statistika Komitəsi tərəfindən Prezident Kitabxanasına hədiyyə olunan nəşrlər kitabxananın statistik və iqtisadi məzmunlu ədəbiyyat fondunu daha da zənginləşdirərək bu sahələr üzrə məlumat axtaran tədqiqatçılar, mütəxəssislər, tələbələr və geniş oxucu auditoriyası üçün faydalı informasiya mənbəyi rolunu oynayır.