Xəbərlər

Prezident Kitabxanasında “Prezident İlham Əliyev” adlı kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında “Prezident İlham Əliyev” adlı kitab sərgisi təşkil edilib

Prezident Kitabxanasında “Prezident İlham Əliyev” adlı kitab sərgisi təşkil edilib

Bu gün, 24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son illər ərzində müstəqil dövlətçilik tarixinin ən mühüm mərhələlərindən keçmiş, milli maraqlara əsaslanan ardıcıl inkişaf strategiyası, effektiv idarəetmə modeli və balanslaşdırılmış xarici siyasət xətti formalaşdırılmışdır.

Bu əlamətdar tarix münasibətilə Prezident Kitabxanasında “ Prezident İlham Əliyev” adlı kitab sərgisi təşkil edilib. Sərgi Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin müasir Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və suverenliyin bərpası istiqamətindəki müstəsna fəaliyyətini, həyata keçirilən genişmiqyaslı daxili islahatları və məqsədyönlü xarici siyasət strategiyasını əks etdirir.

Nümayiş olunan nəşrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan davamlı inkişaf strategiyasını, milli-mənəvi dəyərlərə söykənən idarəetmə fəlsəfəsini, mədəniyyət siyasətini, gənclərlə bağlı konseptual yanaşmaları, Türk dünyası ilə əlaqələrin inkişafını, eləcə də 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və bu Qələbənin yaratdığı yeni siyasi reallıqları elmi-publisistik mənbələr əsasında əks etdirir və dövlət başçısının strateji baxışını, liderlik konsepsiyasını ardıcıl şəkildə izləməyə şərait yaradır.

Sərgi müasir Azərbaycan tarixinin öyrənilməsi, dövlətçilik ideyalarının təbliği və etibarlı mənbələrə çıxış baxımından geniş oxucu auditoriyası üçün mühüm elmi və maarifləndirici əhəmiyyət daşıyır. Təqdim olunan ədəbiyyat tədqiqatçılar, tələbələr, dövlət qulluqçuları və tarixə maraq göstərən oxucular üçün dəyərli informasiya mənbəyi kimi nəzərdə tutulur.

Prezident Kitabxanasının rəhbərliyi və kollektivi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, dövlət başçısına uzun ömür, möhkəm cansağlığı, Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, doğma Vətənimizin inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyi məsuliyyətli və şərəfli fəaliyyətində yeni uğurlar arzulayır.

Sərgilənən kitablar