Prezident Kitabxanasının Kolleksiyalar bölməsində yer alan Elektron kitablar yarımbölməsində “Şərqdə ilk demokratik respublika – AXC” adlı kolleksiya təqdim edilmişdir. Bu resurs, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi və mədəni irsini əks etdirir.
Kolleksiyada AXC-nin yaranma tarixi, fəaliyyəti, rəmzləri və atributları, həmçinin Cümhuriyyətin qurucuları haqqında geniş məlumat verən elektron kitabların rəqəmsal versiyaları toplanmışdır. Buradakı materiallar həmin dövrün ictimai-siyasi mənzərəsini, dövlət quruculuğu prosesini və milli müstəqillik ideyasını dərindən öyrənmək baxımından mühüm mənbə rolunu oynayır.
Bu resurs həm tədqiqatçılar, həm də geniş oxucu auditoriyası üçün AXC-nin çoxşaxəli fəaliyyətinə dair sistemli və əlçatan informasiya təqdim edir. Prezident Kitabxanasının bu təşəbbüsü, ölkəmizin dövlətçilik tarixində mühüm mərhələ olan Azərbaycan Xalq Cümhuriyyətinin irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində atılmış əhəmiyyətli addımlardan biridir.
Bu kolleksiyada 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsini əks etdirəm kitabların elektron versiyaları toplanmışdır.…