Xəbərlər

“Naxçıvan Muxtar Respublikası” adlı biblioqrafiya Prezident Kitabxanasının fonduna daxil olub

“Naxçıvan Muxtar Respublikası” adlı biblioqrafiya Prezident Kitabxanasının fonduna daxil olub

“Naxçıvan Muxtar Respublikası” adlı biblioqrafiya Prezident Kitabxanasının fonduna daxil olub

Milli Kitabxana tərəfindən hazırlanmış “Naxçıvan Muxtar Respublikası” adlı biblioqrafiya Prezident Kitabxanasının fonduna daxil olub.

Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi münasibətilə tərtib olunmuş biblioqrafiyada Naxçıvanın tarixi, iqtisadiyyatı, kənd təssərrüfatı, təbii sərvətləri, sosial-siyasi mühiti, təhsil və səhiyyə sahəsi, mədəniyyəti, ədəbiyyatı və b. mövzularda kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb.

Biblioqrafiyada yalnız Azərbaycanda deyil, dünyanın nüfuzlu milli və universitet kitabxanalarında saxlanılan, müxtəlif dillərdə nəşr olunmuş materiallar ayrıca bölmələr üzrə sistemləşdirilərək təqdim edilmişdir. Bu isə nəşrin beynəlxalq elmi dairələrdə də istifadəyə açıq, etibarlı bir istinad mənbəyi olduğunu göstərir.

Azərbaycanın elmi və mədəni yaddaşının mühüm tərkib hissəsi olan Naxçıvanla haqqında olan bu nəşr region haqqında araşdırma aparmaq istəyən tədqiqatçılar və tarixçilər üçün qiymətli bir məlumat bazasıdır.

Kitab haqqında
Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikası

Naxçıvan Muxtar Respublikası: biblioqrafiya / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt. G. Əfəndiyeva; ön sözün müəl. İ. Həbibbəyli; elmi red. K. Tahirov; red. M. Cəfərova.- Bakı, 2024.- 1008 s.