Avqustun 14-də Prezident Kitabxanasının direktorunun müşaviri, AMEA A. A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin “Qərbi Azərbaycan irsi” layihəsi çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sənədli filmin çəkilişi zamanı İrəvan şəhərində mövcud olmuş məscidlər və onların aqibəti haqqında ətraflı məlumat vermişdir. Filmin çəkilişi zamanı N. Mustafa əldə etdiyi fotoları, rəsmləri, arxiv sənədlərini nümayiş etdirmişdir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və tarixçi alimlərin iştirakı ilə çəkilən sənədli filmin təqdimatı cari ilin sentyabr ayında nəzərdə tutulur.
Bu gün özlərini dünyaya qədim və mədəni xalq kimi sırımağa çalışan və tarixi Azərbaycan şəhəri İrəvanı qədim erməni şəhəri kimi təqdim edən ermənilər bu şəhərdə Göy məsciddən savayı, yaşı 250 ildən artıq hər hansı tarixi-memarlıq abidəsi göstərə bilmirlər. Çünki zaman-zaman hamısını yer üzündən siliblər.