Xəbərlər

Prezident Kitabxanası Yusif Vəzir Çəmənzəminlinin irsinə həsr olunmuş virtual sərgi təqdim edib

Prezident Kitabxanası Yusif Vəzir Çəmənzəminlinin irsinə həsr olunmuş virtual sərgi təqdim edib

Prezident Kitabxanası Yusif Vəzir Çəmənzəminlinin irsinə həsr olunmuş virtual sərgi təqdim edib

Prezident Kitabxanası “Yusif Vəzir Çəmənzəminli — Azərbaycan ədəbiyyatının görkəmli siması” adlı virtual kitab sərgisini ictimaiyyətin istifadəsinə verib.

Sərgidə XX əsr Azərbaycan ədəbiyyatının aparıcı nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminlinin zəngin irsi çoxşaxəli şəkildə təqdim olunub. Burada həm yazıçının qələmə aldığı əsərlər, həm də onun həyat və yaradıcılığını araşdıran nəşrlər yer alır. Toplanmış materiallar Çəmənzəminlinin ədəbi-tənqidi baxışlarını, publisistik fəaliyyətini və Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyata gətirdiyi yenilikləri əhatə edir.

Virtual sərgi yalnız tədqiqatçılar üçün deyil, həm də geniş oxucu kütləsi üçün dəyərli mənbədir. Burada toplanmış materiallar yazıçının yaradıcılıq və publisistik fəaliyyətini əhatəli şəkildə nümayiş etdirir və onun Azərbaycan ədəbiyyatında tutduğu mövqeyi dərindən öyrənməyə imkan verir.

Virtual sərgi
Yusif Vəzir Çəmənzəminli — Azərbaycan ədəbiyyatının görkəmli siması

Yusif Vəzir Çəmənzəminli — Azərbaycan ədəbiyyatının görkəmli siması

Yusif Vəzir Çəmənzəminli — XX əsr Azərbaycan ədəbiyyatının və ictimai-siyasi fikir tarixinin tanınmış nümayəndələrindən biridir. O, həm yazıçı, həm publisist, həm diplomat, həm də alim kimi çoxşaxəli fəaliyyət göstərmiş, zəngin…