Azərbaycanda fəaliyyət göstərən Atatürk Mərkəzi Prezident Kitabxanasına 7 adda 21 nüsxə kitab hədiyyə edib. Hədiyyə olunan nəşrlər Azərbaycan dövlətçiliyi, dilçilik, ədəbiyyat və türk dünyası ilə bağlı müxtəlif mövzuları əhatə edir.
Kitablar arasında “İlham Əliyev və Türk dünyası”, “Azərbaycan Respublikası Konstitusiyasının leksik-terminoloji sistemində millilik və beynəlmiləllik”, “Azərbaycanşünaslıqdan türkşünaslığa”, “Günbatana salam”, “Sözdən yazıya və yaddaşa”, “İkinci Divan”, “Seçilmiş şeirlər” kimi nəşrlər yer alır.
Bu nəşrlər Prezident Kitabxanasının fondunun daha da zənginləşməsinə, oxucular və tədqiqatçılar üçün Azərbaycan və türk dünyası mövzularında yeni elmi mənbələrin əldə olunmasına şərait yaradacaq. Hədiyyə olunan kitablar həmçinin kitabxananın elmi-mədəni əlaqələrinin inkişafına və müasir kitabxana fondunun tematik müxtəlifliyinin genişlənməsinə töhfə verir.