Xəbərlər

Prezident Kitabxanasına kimya elminin müxtəlif sahələrinə dair kitablar hədiyyə olunub

Prezident Kitabxanasına kimya elminin müxtəlif sahələrinə dair kitablar hədiyyə olunub

Prezident Kitabxanasına kimya elminin müxtəlif sahələrinə dair kitablar hədiyyə olunub

Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov Prezident Kitabxanasına 31 adda kitab hədiyyə edib.

Nəşrlər üzvi və fiziki kimya, kimyəvi sintez, polimerlər və nanomateriallar, müxtəlif kimyəvi birləşmələrin quruluşu və xassələrinin öyrənilməsi kimi istiqamətləri əhatə edir. Kitablarda yeni kimyəvi maddələrin alınması, mürəkkəb birləşmələrin xüsusiyyətləri, müasir laboratoriya tədqiqatları, neftin kimyəvi emalı və kimya sənayesinin inkişafı ilə bağlı məsələlər araşdırılır. Bununla yanaşı, polimer və nanomaterialların hazırlanması, xassələri və tətbiq sahələrinə dair tədqiqatlar da nəşrlərdə öz əksini tapır.

Kitablar sırasında akademik Abel Məhərrəmovun elmi fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən çoxcildlik “Seçilmiş əsərləri”, akademik Murtuza Nağıyevin elmi irsinə, həmçinin Abel Məhərrəmovun həyat və fəaliyyətinə həsr olunmuş kitablar da yer alır.

Nəşrlərin Prezident Kitabxanasının fonduna daxil olması kimya elminin müxtəlif sahələri üzrə elmi ədəbiyyatın əhatə dairəsini genişləndirir və bu istiqamətlərdə məlumat-tədqiqat materiallarından istifadəyə imkan yaradır. Nəşrlər müvafiq sahələrdə çalışan mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də elmi araşdırmalar aparan tədqiqatçılar üçün dəyərli informasiya mənbəyidir.