Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “Ədəbi irs” alt bölməsində Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq və ictimai xadim, akademik Səməd Vurğunun zəngin ədəbi irsinə həsr olunmuş virtual kolleksiya istifadəyə verilib.
Kolleksiya şairin poeziyasını, epik yaradıcılığını və dramaturgiyasını əks etdirən əsərləri əhatə edir. Burada həmçinin şeirləri, poemaları və dram əsərlərinin müxtəlif dillərdə nəşr olunmuş variantları təqdim olunur. Təqdim olunan nəşrlər Səməd Vurğunun poetik üslubunu və Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqeyi daha dolğun şəkildə əks etdirir.
Virtual kolleksiya vasitəsilə oxucular və tədqiqatçılar şairin yaradıcılığının müxtəlif mərhələlərini izləyə, onun poeziya və dramaturgiyasının ideya-bədii xüsusiyyətlərini yaxından öyrənə bilərlər. Eyni zamanda təqdim olunan materiallar şairin yaradıcılığının geniş mövzu dairəsini və Azərbaycan ədəbiyyatının inkişafındakı rolunu nümayiş etdirir.
Hazırlanmış kolleksiya Prezident Kitabxanasının elektron resurslarını zənginləşdirməklə yanaşı, Azərbaycanın görkəmli ədəbiyyat nümayəndələrinin irsinin geniş oxucu auditoriyasına çatdırılması və tədqiqi üçün əlavə imkanlar yaradır.
Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə…