Xəbərlər

"Mütərcim" – Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzindən Prezident Kitabxanasına kitab hədiyyəsi

"Mütərcim" – Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzindən Prezident Kitabxanasına kitab hədiyyəsi

"Mütərcim" – Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzindən Prezident Kitabxanasına kitab hədiyyəsi

"Mütərcim" – Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən Prezident Kitabxanasına 26 adda 31 nüsxə kitab hədiyyə edilib.

Hədiyyə olunan kitablar müxtəlif elm və yaradıcılıq istiqamətlərini əhatə edir. Nəşrlər arasında bədii ədəbiyyat nümunələri, hekayə və pyes məcmuələri, müasir Azərbaycan poeziyasından seçmələr, həmçinin rus və Qərb ədəbiyyatına dair tədqiqatlar yer alır. Diplomatiya, geosiyasət, iqtisadiyyat, davranış iqtisadiyyatı və aktual ictimai-siyasi mövzulara həsr olunmuş elmi-publisistik əsərlər, eləcə də etnologiya, mədəni irs və musiqişünaslıq sahələrini əhatə edən araşdırmalar və müxtəlif dillər üzrə qrammatika və lüğət vəsaitləri kitabxananın fondunu daha da zənginləşdirir.

Müxtəlif janr və mövzuları əhatə edən bu nəşrlər Prezident Kitabxanasının əsas oxucu auditoriyası — dövlət qulluqçuları, tədqiqatçılar, alimlər və mütəxəssislər — üçün dəyərli informasiya mənbəyi olmaqla, elmi-tədqiqat və maarifləndirmə fəaliyyətinə əlavə imkanlar yaradır.

Prezident Kitabxanası "Mütərcim" – Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinə dəyərli nəşrləri hədiyyə etdiyinə görə təşəkkürünü bildirir və əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvardır.