Xəbərlər

Prezident Kitabxanasının fondu yeni nəşrlər ilə zənginləşib

Prezident Kitabxanasının fondu yeni nəşrlər ilə zənginləşib

Prezident Kitabxanasının fondu yeni nəşrlər ilə zənginləşib

Prezident Kitabxanasının fonduna rus dilində nəşr olunmuş 124 adda yeni kitab daxil olub. Kitablar müxtəlif elmi-humanitar sahələri – siyasət, tarix, fəlsəfə, psixologiya, incəsənət və digər mövzuları əhatə edir.

Yeni nəşrlər bilik və tədqiqat maraqları baxımından fərqli auditoriyalar – tələbələr, tədqiqatçılar, müəllimlər, intellektual çevrələr və elmi ədəbiyyata maraq göstərən oxucular üçün əhəmiyyətli informasiya resursu rolunu oynaya bilər. Mövzu müxtəlifliyi, geniş əhatə dairəsi və məzmunun sistemli şəkildə təqdim olunması bu nəşrləri kitabxananın informasiya bazasını daha da zənginləşdirən mühüm resurslara çevirir.

Nəşrlər Prezident Kitabxanasının fondlarının dil və mövzu baxımından şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin davamı olaraq, oxuculara müxtəlif yanaşmalardan faydalanmaq imkanı yaradır.

Belə nəşrlərin fonda əlavə olunması kitabxananın əsas missiyalarından biri olan maarifləndirmə və elmi informasiya təminatına töhfə verməklə yanaşı, intellektual müxtəlifliyin qorunmasına da xidmət edir.