Xəbərlər

Prezident Kitabxanasında akademik Nizami Cəfərovun yaradıcılığını əks etdirən kolleksiya təqdim olunub

Prezident Kitabxanasında akademik Nizami Cəfərovun yaradıcılığını əks etdirən kolleksiya təqdim olunub

Prezident Kitabxanasında akademik Nizami Cəfərovun yaradıcılığını əks etdirən kolleksiya təqdim olunub

Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “Ədəbi irs” altbölməsində Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərovun elmi və yaradıcılıq irsini əks etdirən kitab kolleksiyası təqdim olunub. Kolleksiyada alimin müxtəlif illərdə nəşr olunmuş əsərləri toplanaraq onun Azərbaycan dilçiliyi, türkologiya, ədəbiyyatşünaslıq və Azərbaycanşünaslıq sahələrində apardığı çoxşaxəli tədqiqatlar əks etdirilib.

Kolleksiyada Azərbaycan dilinin tarixi və inkişaf mərhələləri, Azərbaycan ədəbi dili, Azərbaycan türkcəsinin milliləşməsi, dilçiliyin nəzəri məsələləri və ümumi türkologiyanın müxtəlif problemlərinə həsr olunmuş tədqiqatlar yer alır. Nəşrlərin digər istiqamətini qədim türk və türk xalqları ədəbiyyatının tarixi, Azərbaycan ədəbiyyatının müxtəlif dövrləri və müasir ədəbi proseslə bağlı araşdırmalar təşkil edir.

Azərbaycanşünaslığın əsasları və inkişaf tarixi, milli-mədəni düşüncə, folklor və ədəbi irsin müxtəlif məsələləri də kolleksiyada əksini tapıb. Burada klassik və müasir Azərbaycan ədəbiyyatının nümayəndələrinin yaradıcılığına həsr olunmuş əsərlərlə yanaşı, türk dünyasının ədəbi-mədəni əlaqələri və etnokulturoloji məsələlərə dair araşdırmalar da yer alır.

Kolleksiyaya daxil olan əsərlər Azərbaycan dili və ədəbiyyatının tarixi, türkologiya, Azərbaycanşünaslıq və milli ədəbi-mədəni irsin öyrənilməsi ilə bağlı geniş elmi materialları əhatə edir. Nəşrlər bu istiqamətlər üzrə elmi araşdırmaların aparılmasına, mövcud biliklərin genişləndirilməsinə və milli ədəbi-mədəni irsin daha dərindən öyrənilməsinə xidmət edir.

Kolleksiya: Ədəbi irs
Nizami Cəfərov

Nizami Cəfərov

Nizami Cəfərovun əsərlərindən ibarət bu kolleksiya Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq və milli-mədəni düşüncə tarixinin müxtəlif istiqamətlərini əhatə edən dəyərli tədqiqatları bir araya gətirir. Müəllifin zəngin elmi yaradıcılığı dilin tarixi inkişaf mərhələləri,…