Prezident Kitabxanasında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Süleyman Rüstəmin ədəbi irsinə dair virtual kolleksiya hazırlanaraq istifadəçilərin ixtiyarına verilib. Kolleksiya Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsinin “Ədəbi irs” altbölməsində yerləşdirilib.
Virtual kolleksiyada şairin müxtəlif illərdə nəşr olunmuş kitabları təqdim edilir. Bu nəşrlərdə Süleyman Rüstəmin müxtəlif dövrlərdə qələmə aldığı şeirlər, poemalar və seçilmiş əsərlər toplanmışdır. Həmin materiallar şairin poetik dünyasını, vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərə bağlılığını və Azərbaycan ədəbiyyatına verdiyi töhfələri əks etdirir.
Kolleksiyada yer alan nəşrlər vasitəsilə oxucular görkəmli şairin yaradıcılığının müxtəlif mərhələləri ilə tanış olmaq, onun bədii-estetik düşüncə tərzini və ədəbi irsinin əsas xüsusiyyətlərini sistemli şəkildə izləmək imkanı qazanırlar. Virtual kolleksiya həm tədqiqatçılar, həm də Azərbaycan ədəbiyyatına maraq göstərən geniş oxucu auditoriyası üçün mühüm elmi-informasiya mənbəyi kimi əhəmiyyət daşıyır.
Bu təşəbbüs Prezident Kitabxanasının Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığının qorunması, rəqəmsal mühitdə təqdim edilməsi və milli ədəbi irsin geniş ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin tərkib hissəsidir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Süleyman Rüstəm poeziyamızın klassik ənənələrinin parlaq davamçısı və bu ənənələri yeni bədii axtarışlarla zənginləşdirən sənətkar kimi tanınır. Onun yaradıcılığında vətənpərvərlik, azadlıq ideyaları, milli birlik…