Xəbərlər

Prezident Kitabxanasına “Lines of the Invisible” kitab-albomu hədiyyə olunub

Prezident Kitabxanasına “Lines of the Invisible” kitab-albomu hədiyyə olunub

Prezident Kitabxanasına “Lines of the Invisible” kitab-albomu hədiyyə olunub

 Heydər Əliyev Mərkəzində tanınmış italyan heykəltəraşı Canfranko Megiatonun fərdi sərgisinə həsr olunmuş “Lines of the Invisible” (“Görünməyənin cizgiləri”) adlı nəfis tərtibatlı kitab-albom Kitabxanaya hədiyyə edilib.

Kitab-albom Canfranko Megiatonun yaradıcılığını əhatəli şəkildə təqdim etməklə, Prezident Kitabxanasının incəsənət və mədəni irs üzrə tematik fondlarını daha da zənginləşdirir.

Canfranko Megiato müasir heykəltəraşlıq sahəsində özünəməxsus yanaşması və fəlsəfi konseptual əsərləri ilə beynəlxalq səviyyədə tanınır. Onun monumental kompozisiyaları ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, BƏƏ, Böyük Britaniya, Çin, Danimarka, Fransa, Hindistan, İsveçrə, İspaniya, Küveyt, Monako, Niderland, Portuqaliya, Rusiya, Sinqapur və Ukrayna kimi bir çox ölkələrdə nüfuzlu sərgi məkanlarında nümayiş etdirilmişdir.

Sənətkarın yaradıcılığının fərqləndirici xüsusiyyəti qədim və müasir elementlərin harmonik şəkildə sintez olunmasıdır. Məhz bu orijinal yanaşmaya və yüksək estetik ifadə imkanlarına görə Canfranko Megiato ICOMOS–UNESCO tərəfindən mükafata layiq görülmüşdür.

“Lines of the Invisible” kitab-albomunun Prezident Kitabxanasına təqdim olunması incəsənətin informasiya resursları vasitəsilə təşviqi baxımından önəmli hadisədir. Nəşr, həm sənətşünaslar, həm də müasir incəsənətlə maraqlanan oxucular üçün dəyərli mənbə rolunu oynayacaq.