Prezident Kitabxanasının fonduna 133 nüsxə kitab daxil olub. Daxil olan nəşrlər kitabxananın elmi fondunu zənginləşdirir və informasiya resurslarının genişlənməsinə töhfə verir.
Fonda əlavə edilən kitablar müxtəlif elm sahələrini əhatə edən akademik xarakterli əsərlərdən ibarətdir. Nəşrlər sırasında dərsliklər, dərs vəsaitləri və monoqrafiyalar yer alır ki, bu da elmi biliklərin sistemli və məqsədyönlü şəkildə istifadəsi üçün geniş imkanlar yaradır.
Yeni daxilolmalar texniki elmlər, tarix, hüquq, incəsənət, fəlsəfə, psixologiya və digər sahələr üzrə fundamental tədqiqat əsərlərini əhatə edir. Bu nəşrlər Prezident Kitabxanasının elmi-informasiya bazasının daha da genişlənməsinə, müxtəlif elm istiqamətləri üzrə tədqiqat aparan alim və mütəxəssislərin informasiya ehtiyaclarının daha dolğun və keyfiyyətli şəkildə ödənilməsinə xidmət edir.
Prezident Kitabxanası ölkənin aparıcı elmi-informasiya mərkəzlərindən biri kimi fəaliyyət göstərir. Fondun ardıcıl və sistemli şəkildə yenilənməsi tədqiqatçılar, alimlər və mütəxəssislər üçün etibarlı, aktual və əlverişli elmi mühitin formalaşmasına şərait yaradır.