Prezident Kitabxanasında Azərbaycan elminin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Bəkir Nəbiyevin həyat və zəngin elmi irsinə həsr olunmuş virtual sərgi hazırlanıb.
Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi tənqid məktəbinin inkişafına müstəsna töhfə vermiş nüfuzlu alimlərdən biridir. O, uzun illər ərzində Azərbaycan klassik və müasir ədəbiyyatının, ədəbi-tarixi prosesin, milli istiqlal ideyalarının, eləcə də görkəmli yazıçı və şairlərin yaradıcılıq irsinin fundamental tədqiqi ilə səmərəli şəkildə məşğul olub. Onun əsərləri elmi obyektivliyi, zəngin mənbə bazasına əsaslanması və milli-mənəvi dəyərlərə dərin ehtiramı ilə səciyyələnir. Alimin əsərləri Azərbaycan filologiya elmində layiqli yer tutur və yeni nəsil tədqiqatçılar üçün etibarlı elmi mənbə rolunu oynayır.
Akademik Bəkir Nəbiyev Azərbaycan Milli Elmlər Akademiyasında, ali təhsil müəssisələrində və digər təşkilatlarda elmi və pedaqoji fəaliyyətini uğurla həyata keçirib. O, yüzlərlə məqalənin, monoqrafiyanın, dərs vəsaitinin və kitabın müəllifi, həmçinin milli elmi fikrin və Azərbaycan ədəbiyyatşünaslığının inkişafına mühüm töhfə vermiş çoxsaylı nəşrlərin redaktoru və tərtibçisi olub.
Virtual sərgidə akademik Bəkir Nəbiyevin əsərləri, onun həyatını, elmi və ictimai fəaliyyətini, zəngin ədəbi irsini əks etdirən nəşrlər, habelə yaradıcılığına həsr olunmuş tədqiqatlar, biblioqrafik və digər mənbələr təqdim olunur.
Sərginin məqsədi akademik Bəkir Nəbiyevin çoxşaxəli irsini geniş oxucu auditoriyasına təqdim etmək, onun Azərbaycan ədəbiyyatşünaslığının inkişafındakı mühüm xidmətlərini işıqlandırmaq, eləcə də alimin milli elm və mədəniyyət tarixində tutduğu əhəmiyyətli yeri nümayiş etdirməkdir.
Azərbaycan elminin görkəmli simalarından biri, filologiya elmləri doktoru, professor, akademik, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Bəkir Nəbiyev milli ədəbiyyatşünaslıq və ədəbi tənqid məktəbinin inkişafında müstəsna xidmətləri ilə…