Xəbərlər

Prezident Kitabxanasına yeni nəşrlər hədiyyə olunub

Prezident Kitabxanasına yeni nəşrlər hədiyyə olunub

Prezident Kitabxanasına yeni nəşrlər hədiyyə olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev müəllifi olduğu kitabları Prezident Kitabxanasına hədiyyə edib. Müxtəlif istiqamətləri əhatə edən bu elmi tədqiqatlar tarixi araşdırmaları və dövlətçilik mövzularını özündə birləşdirir.

Nəşrlərdə Naxçıvan şəhərinin XIX əsrdən başlayaraq keçdiyi tarixi-siyasi inkişaf mərhələləri, onun ictimai və mədəni həyatı ardıcıl şəkildə işıqlandırılır. Müəllif şəhərin formalaşma prosesini, inzibati dəyişiklikləri və cəmiyyət həyatında baş verən yenilikləri faktlar əsasında ümumiləşdirərək oxucuya dolğun təsəvvür yaradır.

Eyni zamanda kitablar konstitusiya quruculuğu, suverenlik anlayışı, siyasi sistemin yenilənməsi və liderlik məsələlərinə də toxunur. Bu baxımdan təqdim olunan nəşrlər həm regional tarix, həm də müasir siyasi proseslərin elmi təhlili ilə maraqlanan mütəxəssislər üçün əhəmiyyətli mənbədir.

Hədiyyə olunan kitablar Prezident Kitabxanasının oxucu auditoriyası — dövlət qulluqçuları, tarixçilər, hüquqşünaslar, politoloqlar, tədqiqatçılar və tələbələr üçün faydalı elmi-informasiya resursudur. Nəşrlər dövlətçilik tarixinin öyrənilməsi, hüquqi və siyasi düşüncənin inkişafı baxımından praktik əhəmiyyət kəsb edir.

Prezident Kitabxanası Arzu Abdullayevə müəllifi olduğu kitabları Kitabxanaya hədiyyə etdiyinə görə təşəkkürünü bildirir. Bu nəşrlər oxucuların biliklərinin zənginləşməsinə və elmi maraqlarının genişlənməsinə mühüm töhfə verəcək.