Xəbərlər

Prezident Kitabxanasında Füzulinin işğaldan azad edilməsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Füzulinin işğaldan azad edilməsinə həsr olunmuş virtual sərgi hazırlanıb

Prezident Kitabxanasında Füzulinin işğaldan azad edilməsinə həsr olunmuş virtual sərgi hazırlanıb

2020-ci il oktyabrın 17-də Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhərini işğaldan azad edib. Şəhərin azad edilməsi Vətən müharibəsinin gedişində mühüm hadisələrdən biri olub.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə Prezident Kitabxanasında Füzulinin işğaldan azad edilməsinə həsr olunmuş virtual sərgi hazırlanıb.

Sərgidə Vətən müharibəsinin tarixi, Azərbaycan Ordusunun qəhrəmanlığı, Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğalın Qarabağın tarixi-mədəni irsinə vurduğu zərər və azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı nəşrlər təqdim olunur. Kitablar arasında Füzuli rayonunun tarixinə, Azərbaycanın şəhərlərinə, Qarabağ və Şərqi Zəngəzurun tarixi və demoqrafik xüsusiyyətlərinə, bölgənin tarixi abidələrinə, folkloruna və mədəni irsinə həsr olunmuş nəşrlər də yer alır.

Virtual sərgi Qarabağın tarixi və mədəni irsinin tanıdılması, Vətən müharibəsi ilə bağlı tarixi yaddaşın qorunması baxımından əhəmiyyət daşıyır. Burada təqdim olunan nəşrlər mövzu ilə maraqlanan oxucuların biliklərinin genişləndirilməsinə, bölgənin keçmişi və tarixi hadisələrin müxtəlif aspektləri ilə daha yaxından tanış olmasına imkan yaradır.
 

Virtual sərgi
17 oktyabr - Füzuli şəhərinin azad olunması

17 oktyabr - Füzuli şəhərinin azad olunması

2020-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etmişdir. Bu tarixi hadisə Vətən müharibəsində qazanılmış mühüm hərbi-strateji…