Xəbərlər

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Prezident Kitabxanasına yeni nəşrlər hədiyyə edib

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Prezident Kitabxanasına Azərbaycan və ingilis dillərində nəşr olunmuş üç adda, ümumilikdə yeddi nüsxə kitab hədiyyə edib.

“Azərbaycanın xarici ticarəti” statistik məcmuəsində respublikamızın xarici ölkələrlə ticarət əlaqələrinə dair məlumatlar yer alıb.

“Azərbaycanda turizm” statistik məcmuəsi isə turagentliklər və turoperatorlar, mehmanxana və mehmanxana tipli obyektlərin iqtisadi göstəriciləri, xaricə səfər edən Azərbaycan vətəndaşları və ölkəmizə gələn əcnəbilər barədə statistik məlumatları əhatə edir. Məcmuədə həmçinin turizm sahəsində iaşə dövriyyəsinə dair göstəricilər də təqdim olunur.

“Azərbaycanda ticarət” adlı nəşrdə isə 2020–2024-cü illərdə ölkədə ticarət sahəsinin inkişafını xarakterizə edən əsas statistik göstəricilər toplanmışdır.

Hər üç nəşr geniş oxucu kütləsi, statistiklər, iqtisadçılar, idarəetmə orqanları və elmi müəssisələrin əməkdaşları üçün faydalı informasiya mənbəyidir.