Xəbərlər

Milli Arxiv İdarəsinin Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyəsi

Milli Arxiv İdarəsinin Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyəsi

Milli Arxiv İdarəsinin Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyəsi

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Prezident Kitabxanasına elmi və tarixi əhəmiyyət daşıyan nəşrlər hədiyyə edib.

Arxiv sənədləri əsasında hazırlanmış bu nəşrlər ölkənin təhsil tarixinin inkişaf mərhələlərini, maarifçilik prosesinin formalaşmasını və arxiv sisteminin yaranma tarixini zəngin faktiki materiallar və rəsmi sənədlərlə əks etdirir. İlkin mənbələrə söykənən bu kitablar təkcə tarixi məlumat toplusu deyil, həm də etibarlı elmi istinad bazasıdır. Bu baxımdan, həmin nəşrlər dövlət idarəçiliyi tarixi və təhsil siyasəti ilə məşğul olan tədqiqatçılar, tarixçilər və dövlət qulluqçuları üçün əvəzsiz mənbədir.

Hədiyyə olunan nəşrlər Prezident Kitabxanasının fondunu məzmun baxımından zənginləşdirir, oxucular üçün arxiv materiallarına əsaslanan mənbələrin əlçatanlığını artırır.

Milli Arxiv İdarəsinin bu addımı iki qurumun əməkdaşlığını möhkəmləndirməklə yanaşı, arxiv irsinin geniş ictimaiyyətə tanıdılmasına da əhəmiyyətli töhfə verir.