Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik, ictimai xadim və nəcib insani keyfiyyətləri ilə yadda qalan Zərifə Əliyevanın həyat və çoxşaxəli fəaliyyətini əks etdirən “Zərifə Əliyeva” adlı çoxdilli virtual kitab sərgisi Prezident Kitabxanası tərəfindən oxucuların istifadəsinə təqdim olunmuşdur.
Sərgidə Zərifə Əliyevanın zəngin elmi-pedaqoji irsi, tibb elminin inkişafına verdiyi töhfələr, ictimai fəaliyyətləri və vətənə, xalqa bağlılıq ruhunda keçən mənalı ömür yolunu əks etdirən müxtəlif dillərdə nəşr olunmuş kitablar, elmi əsərlər, xatirə yazıları və bioqrafik materiallar yer almışdır. Bu nəşrlər akademikin oftalmologiya sahəsində apardığı tədqiqatlar, əldə etdiyi nailiyyətlər, həkim kimi yüksək humanizm prinsiplərinə sadiqliyi və pedaqoji fəaliyyəti haqqında dolğun məlumat verir.
Virtual sərgidə, eyni zamanda, Zərifə Əliyevanın həyat yoluna həsr olunmuş xatirələr, publisistik yazılar və onun haqqında yazılmış tədqiqat əsərləri də təqdim olunub. Bu materiallar yalnız bir elm adamının deyil, həm də yüksək mənəvi dəyərlərə malik bir ziyalının obrazını oxuculara çatdırır.
Sərgi Prezident Kitabxanasının rəsmi veb-saytı üzərindən ictimaiyyətin istifadəsinə açıqdır və geniş oxucu auditoriyası üçün qiymətli elmi-informasiya mənbəyi rolunu oynayır. Bu təşəbbüs, həmçinin, Azərbaycan elminə və cəmiyyətinə əvəzsiz töhfələr vermiş şəxsiyyətlərin irsinin qorunması və təbliği istiqamətində Prezident Kitabxanasının həyata keçirdiyi ardıcıl işlərin davamıdır.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl…