Xəbərlər

Prezident Kitabxanasına Maqsud İbrahimbəyovun kitabları hədiyyə olunub

Prezident Kitabxanasına Maqsud İbrahimbəyovun kitabları hədiyyə olunub

Prezident Kitabxanasına Maqsud İbrahimbəyovun kitabları hədiyyə olunub

Prezident Kitabxanasının fondu görkəmli yazıçı, ictimai xadim Maqsud İbrahimbəyovun əsərləri ilə daha da zənginləşib. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi tərəfindən kitabxanaya müəllifin müxtəlif dillərdə nəşr olunmuş ədəbi nümunələri hədiyyə edilib.

Görkəmli yazıçı Maqsud İbrahimbəyovun “Gözəl günlərin birində”, “Uşaqlığın son gecəsi”, “Последняя ночь детства”, “Кто поедет в Трускавец?”, “The Rhino Horn” və “The Last Night of Childhood” adlı əsərləri Azərbaycan, rus və ingilis dillərində olmaqla ümumilikdə 10 nüsxədə Prezident Kitabxanasının fonduna daxil edilib.

Bu nəşrlər Maqsud İbrahimbəyovun bənzərsiz yaradıcılıq irsini müxtəlif dillərdə təbliğ etmək, oxucu auditoriyasını onun zəngin ədəbi dünyası ilə daha yaxından tanış etmək baxımından mühüm əhəmiyyət daşıyır.