Xəbərlər

Konstitusiya hüququ sahəsində dəyərli kitab Prezident Kitabxanasına hədiyyə olunub

Konstitusiya hüququ sahəsində dəyərli kitab Prezident Kitabxanasına hədiyyə olunub

Konstitusiya hüququ sahəsində dəyərli kitab Prezident Kitabxanasına hədiyyə olunub

Tanınmış hüquqşünas, hüquq elmləri doktoru Xanlar Hacıyev müəllifi olduğu “Толкование норм конституции и закона конституционными судами” (“Konstitusiya və qanun normalarının konstitusiya məhkəmələri tərəfindən şərhi”) adlı kitabını Prezident Kitabxanasına hədiyyə edib.

Nəşrdə konstitusiya məhkəmələri tərəfindən konstitusiya və qanun normalarının şərhi ilə bağlı nəzəri və praktik problemlər ardıcıl və əhatəli şəkildə araşdırılır. Müəllif hüquqi təfsirin mahiyyəti, metodoloji əsasları və tətbiq xüsusiyyətlərini elmi yanaşma ilə təhlil edərək konstitusiya ədalət mühakiməsinin mühüm aspektlərini izah edir. Kitab hüquq ixtisası üzrə təhsil alan tələbələr, magistrantlar, aspirantlar, ali məktəblərin müəllimləri və konstitusiya hüququ sahəsində biliklərini dərinləşdirmək istəyən oxucular üçün nəzərdə tutulub.

Xanlar Hacıyev Azərbaycan hüquq elminin tanınmış nümayəndələrindən biri olmaqla yanaşı, uzun illər ölkənin hüquq sistemində məsul vəzifələrdə fəaliyyət göstərmiş, xüsusilə konstitusiya ədalət mühakiməsi sahəsində zəngin təcrübəyə malikdir. Onun elmi-praktik fəaliyyəti konstitusiya hüququnun inkişafı və hüquqi dövlət quruculuğu prosesində mühüm yer tutur.

Prezident Kitabxanasının fonduna daxil edilən bu nəşr konstitusiya nəzarətinin mahiyyətinin daha dərindən dərk olunmasına imkan yaradır. Kitabda təqdim olunan yanaşmalar hüquqi təfsir prosesində meydana çıxan mürəkkəb məsələlərin izahına aydınlıq gətirir və hüquqi düşüncənin inkişafına xidmət edir.

Prezident Kitabxanası hədiyyə olunan dəyərli nəşrə görə Xanlar Hacıyevə təşəkkürünü bildirir.

Kitab haqqında
Толкование норм Конституции и законов конституционными судами

Толкование норм Конституции и законов конституционными судами

Гаджиев, Ханлар. Толкование норм Конституции и законов конституционными судами / Х. Гаджиев; ред. Р. Гулиев.- Баку, Озан, 2002.- 168 с.