Xəbərlər

Prezident Kitabxanasına Qarabağın mədəni irsi ilə bağlı kitab-albom hədiyyə edilib

Prezident Kitabxanasına Qarabağın mədəni irsi ilə bağlı kitab-albom hədiyyə edilib

Prezident Kitabxanasına Qarabağın mədəni irsi ilə bağlı kitab-albom hədiyyə edilib

Milli Azərbaycan Tarixi Muzeyi Prezident Kitabxanasına “Qarabağın mədəni irs inciləri” adlı kitab-albom hədiyyə edib.

Kitab-albomda Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan Qarabağ bölgəsinin maddi və mənəvi mədəniyyət nümunələri toplanıb. Nəşrin əsas məqsədi müxtəlif kolleksiyalarda mühafizə olunan materiallar əsasında Qarabağın zəngin mədəni irsini kompleks şəkildə təqdim etməkdir.

Nəşrdə arxeoloji, numizmatik və etnoqrafik materiallar, rəsm əsərləri və sənədli mənbələrlə yanaşı, Qarabağın görkəmli şəxsiyyətlərinə məxsus şəxsi əşyalar da təqdim olunur. Bunlar arasında Qarabağ xanlarına, Xurşud Banu Natəvana, Qacarlar, Kəbirlinskilər və Mehmandarovlar ailələrinə, Mir Möhsün Nəvvaba, Üzeyir Hacıbəyova, Ceyhun Hacıbəyova, Xan Şuşinskiyə, Cabbar Qaryağdıoğluna, Qurban Primova, Qədir Rüstəmova, Maestro Niyaziyə, Lətif Kərimova, Xudu Məmmədova və Rafiq Əliyevə məxsus şəxsi əşyalar yer alır.

“Qarabağın mədəni irs inciləri” kitab-albomu Qarabağın maddi və mənəvi mədəni irsinin öyrənilməsi və tanıdılması baxımından əhəmiyyətli materialları əhatə edir. Nəşr bölgənin tarixi-mədəni irsi ilə bağlı araşdırmalar aparan tədqiqatçılar və mütəxəssislər, eləcə də geniş oxucu auditoriyası üçün məlumat mənbəyi kimi əhəmiyyət daşıyır.

Kitab haqqında
Qarabağın mədəni irs inciləri

Qarabağın mədəni irs inciləri

Qarabağın mədəni irs inciləri: kitab-albom = The treasures of Karabakh’s cultural heritage: book-album / mətnin müəl. G. Abdulova ; ing. dilinə tərc. G. Abdulova.- Bakı, 2026.- 184 s.- Azərbaycan və ingilis dillərində.