Xəbərlər

Prezident Kitabxanasında Mirzə İbrahimovun ədəbi irsinə həsr olunmuş kolleksiya hazırlanıb

Prezident Kitabxanasında Mirzə İbrahimovun ədəbi irsinə həsr olunmuş kolleksiya hazırlanıb

Prezident Kitabxanasında Mirzə İbrahimovun ədəbi irsinə həsr olunmuş kolleksiya hazırlanıb

Prezident Kitabxanasının “Kolleksiyalar” bölməsindəki “Ədəbi irs” layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, publisist və ictimai xadim, akademik Mirzə İbrahimovun yaradıcılıq irsinə həsr olunmuş kitab kolleksiyası hazırlanıb.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mirzə İbrahimov bədii yaradıcılığı, dramaturgiyası, publisistikası və ədəbi-tənqidi fəaliyyəti ilə milli ədəbiyyatın inkişafına mühüm töhfələr verib. Onun əsərlərində xalqın tarixi taleyi, milli-mənəvi dəyərlər, vətənpərvərlik, azadlıq və sosial ədalət məsələləri geniş əksini tapıb. Yazıçının yaradıcılığı Azərbaycan ədəbi fikrinin inkişafı və ictimai düşüncənin formalaşması prosesində mühüm yer tutur.

Kolleksiyada yazıçının müxtəlif illərdə nəşr olunmuş əsərləri yer alıb. Nəşrlər Mirzə İbrahimovun bədii nəsr, dramaturgiya, publisistika və ədəbi tənqid sahələrindəki fəaliyyəti, Azərbaycan ədəbiyyatının inkişafındakı rolu və yaradıcılığının əsas istiqamətləri ilə tanış olmağa imkan verir. Kolleksiya yazıçının ədəbi irsinin qorunması və təbliği ilə yanaşı, onun yaradıcılığının gələcək nəsillərə çatdırılmasına da xidmət edir.

Kolleksiya ədəbiyyatşünaslar, tədqiqatçılar, müəllimlər və Azərbaycan ədəbiyyatı ilə maraqlanan digər oxucular üçün əhəmiyyət daşıyır. Elektron resursda təqdim olunan materiallar Mirzə İbrahimovun yaradıcılığı ilə daha geniş auditoriyanın tanış olmasına şərait yaradır.

Kolleksiya: Ədəbi irs
Mirzə İbrahimov

Mirzə İbrahimov

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas, publisist və ictimai xadim Mirzə İbrahimovun zəngin ədəbi irsinə həsr olunmuş bu kolleksiya yazıçının həyat və yaradıcılığının, çoxşaxəli ədəbi fəaliyyətinin öyrənilməsi və…