Xəbərlər

Prezident Kitabxanası elmi-hüquqi nəşrlərlə zənginləşdi

Prezident Kitabxanası elmi-hüquqi nəşrlərlə zənginləşdi

Prezident Kitabxanası elmi-hüquqi nəşrlərlə zənginləşdi

"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxs tərəfindən Prezident Kitabxanasına elmi-hüquqi nəşrlər hədiyyə edilmişdir. Hədiyyə çərçivəsində kitabxananın fonduna 3 adda olmaqla ümumilikdə 9 nüsxə daxil olmuşdur.

Təqdim edilən nəşrlər müasir dövlətçilik və hüquq sahəsində aktual mövzuları əhatə edir, suverenlik və normativ əsaslar üzrə dərin təhlil təqdim edir, həmçinin akademik yazı və terminologiyanın inkişafına töhfə verir. Bu kitablar nəzəriyyə və praktik yanaşmaları birləşdirən etibarlı elmi mənbələrdir.

Kitabların məzmunu tədqiqat metodologiyasının əsaslarını, hüquqi anlayışların vahid elmi çərçivədə təqdim olunmasını və insan hüquqları sahəsində normativ tətbiq imkanlarını ön plana çıxarır. Bu baxımdan təqdim olunan nəşrlər tədqiqatçılar, hüquqşünaslar və ali təhsil müəssisələrinin tələbələri üçün etibarlı elmi mənbə olmaqla yanaşı, Prezident Kitabxanasının fondunun zənginləşdirilməsinə mühüm töhfə verir.

Prezident Kitabxanasının rəhbərliyi göstərilən diqqətə və elmi əhəmiyyətə görə "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirir. Bu cür təşəbbüslər həm hüquqi maarifləndirmənin gücləndirilməsinə, həm də elmi biliklərin geniş oxucu auditoriyasına çatdırılmasına xidmət edir.