Azərbaycan Respublikasının Prezident Kitabxanası ilə dövlət qurumları arasında əməkdaşlıq çərçivəsində Milli Qvardiyanın kitabxana fondunun zənginləşdirilməsi məqsədilə növbəti addım atılıb. Prezident Kitabxanasının Hədiyyə fondundan seçilmiş 134 adda 148 nüsxə kitab Milli Qvardiyanın kitabxanasına təqdim olunub.
Hədiyyə olunan kitablar geniş mövzu dairəsini əhatə edir. Bunlar arasında Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə dair nəşrlər, Azərbaycan və dünya ədəbiyyatının seçkin nümunələri, tarixi tədqiqatlar, hərbi strategiya və dövlət idarəçiliyi ilə bağlı əsərlər yer alır.
Bu təşəbbüs çərçivəsində təqdim edilən kitablar istifadəçilərin intellektual tələbatının ödənilməsinə, eləcə də elmi biliklərə və informasiya resurslarına fasiləsiz və sistemli çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.