Xəbərlər

Şərq-Qərb Açıq Səhmdar Cəmiyyəti Prezident Kitabxanasına kitablar hədiyyə edib

Şərq-Qərb Açıq Səhmdar Cəmiyyəti Prezident Kitabxanasına kitablar hədiyyə edib

Şərq-Qərb Açıq Səhmdar Cəmiyyəti Prezident Kitabxanasına kitablar hədiyyə edib

"Şərq-Qərb" Açıq Səhmdar Cəmiyyəti Prezident Kitabxanasına dəyərli nəşrlər hədiyyə edib. Təqdim edilən kitablar Azərbaycan dövlətçiliyi, milli mədəniyyət və ədəbi yaradıcılıq istiqamətlərini əks etdirir.

Nəşrlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti və ölkədə həyata keçirilən Böyük Qayıdış prosesinin siyasi və tarixi əhəmiyyətini əks etdirən tədqiqat xarakterli əsərlər, həmçinin Azərbaycan kinosunun inkişaf mərhələlərini və milli kino sənətinin formalaşmasını əks etdirən araşdırmalar və bədii-poetik yaradıcılıq nümunələri yer alır.

Prezident Kitabxanası dəyərli nəşrlərə görə “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə təşəkkürünü bildirir. Kitabxana fonduna daxil edilən bu nəşrlər geniş oxucu auditoriyası, tədqiqatçılar və mütəxəssislər üçün faydalı informasiya mənbəyi olmaqla yanaşı, Azərbaycan tarixinin, mədəniyyətinin və ictimai həyatının müxtəlif istiqamətləri haqqında məlumatların daha geniş yayılmasına xidmət edir.