Prezident Kitabxanasının fonduna müxtəlif sahələrə aid yeni kitablar daxil olub. Nəşrlər ədəbiyyat, fəlsəfə, psixologiya, incəsənət, tarix, siyasət, iqtisadiyyat, memarlıq və mədəniyyət mövzularını əhatə edir.
Kitablar arasında dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərləri, yazıçı və sənətkarların həyat və yaradıcılığına həsr olunmuş nəşrlər, incəsənət tarixi və musiqi haqqında araşdırmalar yer alır. Fəlsəfə, psixologiya və psixoanaliz üzrə kitablar insan düşüncəsi, mənəvi aləm və davranışla bağlı müxtəlif yanaşmaları təqdim edir.
Nəşrlərin bir qismi dünya xalqlarının mifologiyasına və qədim sivilizasiyaların mədəni irsinə həsr olunub. Yunan, Skandinaviya, yapon və Cənub-Şərqi Asiya xalqlarının mifləri, Şumer mifologiyası, eləcə də müxtəlif mifoloji obraz və təsəvvürlər bu nəşrlərdə öz əksini tapır.
Tarix və ictimai-siyasi mövzulu nəşrlərdə terrorizm, beynəlxalq münasibətlər, dünya nizamı, ayrı-ayrı dövlətlərin tarixi və siyasi xadimlərin fəaliyyəti kimi məsələlərə toxunulur. İqtisadiyyat, neft sənayesi, təhsil sistemləri, memarlıq və şəhər mədəniyyəti haqqında kitablar da yeni nəşrlər arasında yer alır.
Yeni kitablar Prezident Kitabxanasının fonduna daxil olmaqla müxtəlif sahələr üzrə ədəbiyyat seçimini genişləndirir, oxucuların dünya ədəbiyyatı, fəlsəfi fikir, tarixi proseslər və mədəniyyət haqqında məlumat əldə etməsi üçün yeni imkanlar yaradır.