Xəbərlər

Prezident Kitabxanasında İsa Muğannanın ədəbi irsinə dair yeni kolleksiya istifadəyə verilib

Prezident Kitabxanasında İsa Muğannanın ədəbi irsinə dair yeni kolleksiya istifadəyə verilib

Prezident Kitabxanasında İsa Muğannanın ədəbi irsinə dair yeni kolleksiya istifadəyə verilib

Prezident Kitabxanasının "Kolleksiyalar" bölməsinin "Ədəbi irs" alt bölməsində görkəmli Azərbaycan yazıçısı İsa Muğannanın yaradıcılığına həsr olunmuş yeni kolleksiya istifadəçilərə təqdim edilib. Kolleksiya yazıçının çoxşaxəli ədəbi fəaliyyətini əhatə etməklə onun milli ədəbiyyatın inkişafındakı mühüm rolunu əks etdirir.

Azərbaycan nəsrinin inkişafında özünəməxsus iz qoymuş İsa Muğanna yaradıcılığının ilk mərhələlərindən etibarən milli-mənəvi dəyərlərin qorunması və ədəbi fikrin inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərib. Onun onillikləri əhatə edən yaradıcılığı ədəbiyyata yeni ideya istiqamətləri və estetik meyarlar gətirməklə nəsrin bədii səviyyəsinin yüksəlməsinə mühüm töhfə vermişdir.

Yazıçının əsərləri insanın daxili aləminin işlənməsi, mənəvi-etik axtarışlar, tarix və müasirlik münasibətlərinin bədii təhlili ilə seçilir. Milli kimlik və yaddaş mövzuları onun yaradıcılığında xüsusi yer tutur. "İdeal", "Məhşər", "Doğma və yad adamlar" kimi əsərlərdə müəllif tarixi hadisələri ümumiləşdirilmiş bədii müstəvidə təqdim edərək oxucunu düşündürür.

İsa Muğanna həmçinin Azərbaycan kinematoqrafiyasında da ssenaristi kimi tanınır. Onun müəllifi olduğu ssenarilər əsasında çəkilmiş filmlər milli kino irsinin dəyərli nümunələri sırasında yer alır. Bu ekran əsərlərində də yazıçının yaradıcılığına xas olan insan taleyi, vicdan və tarixi yaddaş kimi mövzular əsas yer tutur.

Yaradılmış kolleksiya yazıçının müxtəlif dövrlərə aid əsərlərini sistemli şəkildə bir araya gətirərək onun yaradıcılıq irsini tam və ardıcıl şəkildə əks etdirir. Bu resurs geniş oxucu auditoriyası üçün İsa Muğannanın ədəbi dünyasını daha dərindən anlamaq baxımından etibarlı mənbədir. Eyni zamanda Azərbaycan nəsrinin inkişaf mərhələlərini araşdıran mütəxəssislər üçün də dəyərli elmi-ədəbi mənbə kimi əhəmiyyət daşıyır.

Kolleksiya: Ədəbi irs
İsa Muğanna

İsa Muğanna

Müasir Azərbaycan nəsrinin inkişafında mühüm rol oynamış görkəmli yazıçı İsa Muğanna ədəbi fəaliyyətə başladığı ilk illərdən etibarən milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi istiqamətində böyük xidmətlər göstərmişdir. O, altmış ildən artıq…