Xəbərlər

Prezident Kitabxanası “WUF13 Azərbaycan” elektron informasiya resursunu təqdim edib

Prezident Kitabxanası “WUF13 Azərbaycan” elektron informasiya resursunu təqdim edib

Prezident Kitabxanası “WUF13 Azərbaycan” elektron informasiya resursunu təqdim edib

Mayın 17-22-də Bakı şəhəri dünyanın ən nüfuzlu şəhərsalma platformalarından biri hesab olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun, qlobal təşəbbüslərdə fəal iştirakının və dayanıqlı inkişaf sahəsində formalaşdırdığı müasir baxışın mühüm göstəricilərindən olan bu mötəbər tədbirlə əlaqədar Prezident Kitabxanası “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “WUF13 Azərbaycan” adlı elektron informasiya resursu hazırlayıb.

Verilənlər bazası əsasında qurulan layihə 7 bölmə və 8 altbölmədən ibarətdir. Burada BMT-nin Məskunlaşma Proqramı – BMT-Habitatın yaranma tarixi, fəaliyyət istiqamətləri, idarəetmə strukturu və müxtəlif dövrlərdə quruma rəhbərlik etmiş icraçı direktorlar haqqında məlumatlar yer alıb.

Elektron resursda, eyni zamanda, Ümumdünya Şəhərsalma Forumlarının təşəkkül prosesi, ayrı-ayrı illərdə keçirilmiş sessiyalar, forumun əsas məqsədləri və prioritet istiqamətləri barədə geniş məlumat təqdim olunur. Burada dayanıqlı şəhər inkişafı, urbanizasiya prosesləri və müasir şəhərsalma yanaşmalarını əhatə edən materiallar istifadəçilərə təqdim edilir.

“WUF13 Azərbaycan” layihəsi Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Resursun çoxdilli formatda təqdim olunması beynəlxalq auditoriyanın məlumatlandırılması və Azərbaycanın qlobal şəhərsalma gündəliyində iştirakının daha geniş şəkildə təqdim edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident Kitabxanası oxucuları, tədqiqatçıları və mövzu ilə maraqlanan istifadəçiləri “WUF13 Azərbaycan” elektron informasiya resursundan istifadə etməyə, şəhərsalma və dayanıqlı urban inkişaf mövzusunda təqdim olunan materiallardan faydalanmağa dəvət edir.

Elektron layihə
World Urban Forum - WUF13

World Urban Forum - WUF13

Prezident Kitabxanası “Şəhərsalma və Memarlıq İli”nə və qlobal, strateji əhəmiyyətli beynəlxalq tədbir olan Dünya Şəhərsalma Forumunun (World Urban Forum - WUF) 13-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsinə öz töhfəsini vermək…