Prezident Kitabxanasının fondu 102 adda kitabla zənginləşib.
Fonda daxil olan kitablar tarix, siyasət, geosiyasət, beynəlxalq münasibətlər, dövlətçilik, fəlsəfə, psixologiya, informasiya texnologiyaları və süni intellekt, incəsənət, kino, rəssamlıq, moda, mifologiya, din tarixi, idman, bioqrafiya və memuar ədəbiyyatı, eləcə də bədii ədəbiyyat kimi müxtəlif istiqamətləri əhatə edir. Bu nəşrlər müxtəlif ölkələrin tarixi inkişaf mərhələləri, ictimai-siyasi proseslər, görkəmli dövlət, elm, mədəniyyət və idman xadimlərinin həyatı və fəaliyyəti, dünya mədəni irsi, müasir elmi və humanitar düşüncə, eləcə də çağdaş dövrün aktual məsələləri barədə geniş məlumat təqdim edir.
Yeni daxil olan nəşrlər elmi araşdırmalar, tədris prosesi və fərdi mütaliə üçün dəyərli mənbə olmaqla yanaşı, müxtəlif oxucu qruplarının informasiya tələbatının ödənilməsinə də xidmət edir. Mövzu müxtəlifliyi və məzmun zənginliyi ilə seçilən bu kitablar tarix, ictimai elmlər, mədəniyyət, incəsənət, texnologiya və digər sahələr üzrə biliklərin genişləndirilməsi, müxtəlif baxışların müqayisəli şəkildə öyrənilməsi və müasir dünyada baş verən proseslərin daha dərindən dərk edilməsi baxımından faydalıdır.
Prezident Kitabxanasının fondunun müasir və çoxşaxəli nəşrlərlə davamlı zənginləşdirilməsi oxucuların müxtəlif elm sahələri üzrə etibarlı informasiya mənbələrindən istifadəsinə geniş imkan yaradır, kitabxananın informasiya resurslarının inkişafına və cəmiyyətin intellektual informasiya tələbatının daha dolğun təmin olunmasına töhfə verir.