23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə Prezident Kitabxanasında tədbir təşkil olunub.
Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru Afət xanım Abbasova əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək, dövlət qulluğunun ölkənin idarəetmə sistemindəki əhəmiyyətinə toxunub. O, dövlət qulluqçularının üzərinə düşən vəzifələrin yüksək məsuliyyət və peşəkarlıq tələb etdiyini vurğulayıb, Prezident Kitabxanası kollektivinin də bu prinsiplərə sadiq qalaraq fəaliyyət göstərdiyini qeyd edib.
Tədbir çərçivəsində bir neçə əməkdaşa növbəti ixtisas dərəcələri verilib. Bu, onların peşəkar fəaliyyətinin, bilik və bacarıqlarının yüksək səviyyədə qiymətləndirilməsidir.
Tədbir həm dövlət qulluğunda çalışan əməkdaşlara göstərilən etimadın, həm də onların əməyinə verilən dəyərin təzahürü kimi xüsusi əhəmiyyət kəsb edib.