Xəbərlər

Prezident Kitabxanasına folklorşünaslıq və aşıq yaradıcılığına dair kitablar hədiyyə edilib

Prezident Kitabxanasına folklorşünaslıq və aşıq yaradıcılığına dair kitablar hədiyyə edilib

Prezident Kitabxanasına folklorşünaslıq və aşıq yaradıcılığına dair kitablar hədiyyə edilib

AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin baş elmi işçisi, professor Hüseyn İsmayılov Prezident Kitabxanasına 146 nüsxə kitab hədiyyə edib.

Kitablar Azərbaycan folkloru və aşıq sənətinin müxtəlif istiqamətlərini, dastan və nağıl yaradıcılığını, eləcə də folklorşünaslıq və ədəbiyyatşünaslığın ayrı-ayrı məsələlərini əhatə edir. Nəşrlərdə folklor nümunələrinin toplanması və tədqiqi, aşıq sənətinin inkişaf xüsusiyyətləri, görkəmli aşıqların yaradıcılıq irsi, Azərbaycan ədəbiyyatının müxtəlif məsələləri ilə bağlı araşdırmalar təqdim olunur. Hədiyyə olunan kitablar arasında Hüseyn İsmayılovun həyat və elmi fəaliyyətinə dair biblioqrafik məlumatları əhatə edən nəşr də yer alır.

Müxtəlif mövzuları əhatə edən bu nəşrlər elmi araşdırmalar və tədris üçün zəruri məlumatların əldə edilməsinə, ayrı-ayrı mövzular üzrə əlavə ədəbiyyatla tanışlığa imkan verir. Bu nəşrlərdən tələbə və müəllimlər, tədqiqatçılar, folklorşünaslar və ədəbiyyatşünaslarla yanaşı, milli-mədəni irslə maraqlanan şəxslər də yararlana bilərlər.

Prezident Kitabxanasının fonduna daxil olan nəşrlər Azərbaycan folkloru və aşıq yaradıcılığına dair elmi ədəbiyyatın təbliğinə, bu sahələr üzrə biliklərin artırılmasına, elmi-tədqiqat və tədris fəaliyyətinin dəstəklənməsinə xidmət edir.